ABŞ "Vaqner” in rəhbəri Priqojinin hərəkətlərinin Rusiyanın nüvə arsenalına nəzarətə necə təsir edəcəyindən narahat idi.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, "New York Times” qəzeti ABŞ-ın Priqojinin planlarını əvvəlcədən bildiyini açıqlayıb. Hadisələrdən iki gün əvvəl kəşfiyyat bölmələrinin administrasiyasına, Müdafiə nazirliyinə və ABŞ Konqresinin nümayəndələrinə xəbərdarlıq etdiyini iddia edib.
Bildirilib ki, ABŞ "Vaqner” in yaradıcısının hərəkətlərinin Rusiyanın nüvə arsenalına nəzarətə necə təsir edəcəyindən narahat idi. Amerika kəşfiyyatının məxfi sənədlərinə istinadən "New York Times” yazır ki, Birləşmiş Ştatlar "Vaqner” in sursatla təmin edilməsi tələblərini müzakirə edən yüksək rütbəli rus hərbiçilərinin çıxışlarını dinləməyə nail olub.
Həmçinin qeyd edilib ki, ABŞ Priqojinin Rusiya hərbi rəhbərliyinə "meydan oxumaq” niyyətindən də xəbərdar olub.
Şəbnəm