ABŞ Putin və Zelenskini sülhə gətirir: Kiyev razı olmasa… – TƏHLİL

ABŞ Putin və Zelenskini sülhə gətirir: Kiyev razı olmasa… – TƏHLİL
DÜNYA
14:45 17.11.2022
294
Polşa ərazisinə düşən qanadlı raketlər Rusiya-Ukrayna müharibəsinə yanaşmanın dəyişdiyini göstərir. Belə ki, ABŞ və Polşa prezidentləri dünən raketlərin Ukraynaya məxsus olduğunu iddia etsə də, Ukrayna prezidenti bu iddianı təkzib edib. Vladimir Zelenski sonuncu çıxışında deyib ki, Polşaya düşən raketlərin Ukraynaya aid olmadığına tam əmindir.

Ukrayna rəhbərliyi insidentin ilk dəqiqələrindən etibarən Rusiyanı günahlandırsa da, Zelenskinin bugünkü açıqlamasından da belə çıxır ki, ABŞ və Polşa rəhbərliyi reallığı dəyişdirir.

Misal üçün Polşa Baş naziri Mateuş Moravetski qeyd edib ki, hadisələrin inkişafı və gecə saatlarında alınan məlumatlar bizi belə qənaətə gətirdi ki, bu, Polşaya qəsdən edilmiş hücum deyil.

"Hazırda əldə etdiyimiz məlumata görə, Polşa ərazisinə hücum planı olmayıb. Ona görə də 4-cü maddədən (Bu maddə NATO üzvü olan ölkələrdən biri onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur – red.) istifadə etmədik, amma onu hazır saxladıq”, – Moravetski qeyd edib. Yəni Polşa bəyan edir ki, "bu, qəsdən vurulmuş zərbə deyil”.

NATO Baş katibi Yens Stoltenberq də bənzər formada deyib ki, "Polşaya düşən raketlərin Ukrayna hava hücumundan müdafiə qüvvələrinə məxsus olması faktı təsdiqlənib. Polşadakı insidentin düşünülmüş hərəkətlərin nəticəsi olduğuna dair heç bir təsdiq yoxdur”.

İndiki məqamda ABŞ və Polşanın, habelə NATO-nun verdiyi açıqlamalardan çıxan nəticələr bunlardır:

Birincisi, Polşaya düşən raketləri həqiqətən də Rusiya atmayıb. Lakin bu yenə də heç nəyi dəyişmir. Yəni raketlərin ruslara məxsus olduğu sübut olunsaydı belə, aydın məsələdir ki, ABŞ və Polşanın mövqeyi dəyişməyəcəkdi. Çünki Polşa Ukrayna deyil və rəsmi Varşavaya atılacaq raket NATO-ya atılmış deməkdir. Bu isə öz növbəsində NATO nizamnaməsinin 4-cü maddəsinin işə düşməsidir.

ABŞ indiki məqamda müharibənin Rusiya-Ukrayna konteksindən kənara çıxmasını istəmir.

İkincisi, hadisələrin gəldiyi nöqtə onu deməyə əsas verir ki, Vaşinqton Kiyev və Moskvanı danışıqlar masasına əyləşdirmək istəyir. Bunu Zelenskinin keçəngünkü çıxışında qeyd etdiyi "qərbli müttəfiqlərdən Putinin birbaşa danışıqlara hazır olduğu barədə məlumat aldım” sözləri də təsdiqləyir.

Zelenskinin sözlərindən Kiyevin danışıqlara istəksiz olduğu sezilir. Əslində, bu, təbiidir. Belə ki, Ukrayna tərəfindən səsləndirilən təkliflər Rusiyanı, Moskvanın sülh versiyası isə Kiyevi qane etmir. Digər tərəfdən, Rusiya qüvvələri Ukraynanın kritik infrastrukturuna qarşı raket zərbələrini də şiddətləndirib. Proseslər özünün növbəti mərhələsinə qədəm qoyur.

Müəllif: Politoloq Turan Rzayev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR