ABŞ Qabon üçün bəzi yardım proqramlarını dayandırır

ABŞ Qabon üçün bəzi yardım proqramlarını dayandırır
DÜNYA
19:07 27.09.2023
277
ABŞ administrasiyası Qabon üçün bəzi yardım proqramlarını müvəqqəti olaraq dayandırır.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin açıqlamasında deyilir.

Onun sözlərinə görə, xarici yardımların dayandırılmasına səbəb Qabon ordusunun konstitusiyaya zidd müdaxiləsidir.

Dövlət katibi bildirib ki, bu müvəqqəti tədbirlər Qərbi Afrika İqtisadi Birliyinin, Afrika İttifaqının və digər xarici tərəfdaşların atdığı addımlara uyğundur:

"Vaşinqton ölkədəki vəziyyətlə bağlı məlumat toplayır. Biz ABŞ vətəndaşlarını dəstəkləmək üçün diplomatik və konsulluq işləri də daxil olmaqla, Qabonda ABŞ Hökumətinin fəaliyyətini davam etdirəcəyik”.
 
///report
OXŞAR XƏBƏRLƏR