Aviaqəza zamanı ABŞ prezidenti şəkil çəkdirirdi.
Amerikanın Thunderbirds pilot qrupunun qırıcısı iyunun 2-də Kolorado ştatında ABŞ HHQ-nin akademiyasının aviabazasında prezident Barak Obamanın iştirakı ilə keçirilən buraxılış mərasimi zamanı qəzaya uğrayıb,
Hadisə Kolorado-Sprinqs aeroportundan cənubda baş verib, pilot katapult edə bilib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qəzaya uğrayan təyyarənin modeli açıqlanmır, lakin məlumdur ki, Thunderbirds uçuşları F-16 qırıcılarında aparır.
İnsident zamanı Obama akademiyanın ərazisində şəkil çəkdirirdi.