ABŞ rəsmisi: "Biz Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik"

ABŞ rəsmisi: "Biz Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik"
DÜNYA
12:32 07.12.2022
181
"Ukraynanın sərhədlərini aşaraq hücumlar təşkil etməsini dəstəkləmirik".
 
AZXEBER.COM-un xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
 
Bundan əlavə, ABŞ Dövlət Departamentinin bəyanatında da deyilir ki, ABŞ Ukraynanın öz hüdudlarından kənarda hücum həyata keçirməsini dəstəkləmir.

Gündəlik mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirən Prays, Ukrayna ordusunun Rusiyanın qərbindəki hava bazasına hücumu ilə bağlı suala ABŞ və dünyanın Ukraynaya yalnız ərazisini və suverenliyini qorumaq və müdafiə etmək üçün silah verdiyini bildirib.

"Biz Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik. Biz açıq şəkildə bəyan etmişik ki, bunlar müdafiə təchizatıdır. Prezident bunu əvvəllər də açıqlayıb. Biz Ukraynanın hüdudlarından kənarda hücumlar həyata keçirməsini dəstəkləmirik. Biz Ukraynanı öz sərhədlərindən kənarda hücumlar etməyə təşviq etmirik”. - deyib.

Xatırladaq ki, mətbuatda Ukraynanın son vaxtlar Rusiyanın qərbindəki üç hava bazasını pilotsuz uçuş aparatları ilə hədəfə aldığı bildirilirdi.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR