Rusiyanın gizli silahı ifşa olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir müddət Pentaqonun yüksək rütbəli zabiti olmuş Rocer Pardo-Maurer Rusiyanın gizli silahının olduğunu iddia edib. Pardo-Maurer Rusiya prezidenti Vladimir Putinin təhdidlərinin arxasında "elektromaqnit vibrasiya hücumunun” olduğunu ehtimal edib.
Bildirilib ki, bu sistemlərlə Ukraynaya belə bir hücum olarsa, Kiyevin bütün informasiya müharibəsi sistemləri zədələnə bilər.
Rusiya dövlət televiziyalarında yayımlanan Rusiya rəsmilərinin canlı yayımda bu cür silahların necə istifadə oluna biləcəyi ilə bağlı açıqlamalar verdiyini və bu silahların Baltik dənizi üzərində istifadə oluna biləcəyinə işarə verdiyini qeyd edən ABŞ rəsmisi taktiki nüvə silahlarının daha az təsir göstərəcəyini bildirib.
Pardo-Maurer bu silahın əhəmiyyətini belə izah edib:
"Bunlar heç bir binanı məhv etməyəcək və heç kimi öldürməyəcək. Amma elektrik dövrələrini daimi olaraq sıradan çıxara bilər".
Ayşən