ABŞ Rusiya sərhədinə "P-8 Poseidon" kəşfiyyat təyyarələrini yerləşdirib

ABŞ Rusiya sərhədinə "P-8 Poseidon" kəşfiyyat təyyarələrini yerləşdirib
DÜNYA
10:01 01.10.2025
160
ABŞ Norveçdə "P-8 Poseidon" sualtı qayıq əleyhinə təyyarələrini yerləşdirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat verib.

Qeyd edilir ki, Pentaqon Danimarka, Polşa və Norveçdə pilotsuz uçuş aparatları ilə bağlı insidentlər, eləcə də Rusiyanın NATO ölkələrinin sualtı kabel və boru kəmərlərinə təhlükə yaratdığı iddiası ilə patrul təyyarələrinin Şimali Avropada mövcudluğunda maraqlıdır.

"Boeing P-8 Poseidon", həmçinin patrul missiyalarını da yerinə yetirməyə qadir olan sualtı qayıq əleyhinə təyyarədir. Bu təyyarələr ABŞ də daxil olmaqla, bir sıra NATO ölkələrinin istismarındadır. Onun uçuş məsafəsi 8 000 km-dən çoxdur və müxtəlif gəmi və sualtı qayıq əleyhinə silahları daşıya bilir.
 
\Oxu.Az
OXŞAR XƏBƏRLƏR