Ağ Ev müttəfiqləri və tərəfdaşları ilə Rusiyadakı hadisələri müzakirə edəcəklərini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın "Vaqner” şirkətinin qurucusu Priqojin Rusiya ordusunun onların düşərgəsini vurduğunu iddia edərək, öz ölkəsinə müharibə elan edib. Rusiya bu iddiaları təkzib etsə də, "Vaqner” qrupu "Biz geri dönməyəcəyik” deyə açıqlayıb.
Rusiyadakı vəziyyətlə bağlı Ağ Evdəndən verilən ilk açıqlamada ABŞ prezidenti Co Bayden prosesi izlədiklərini söylənilib. Müttəfiqləri və tərəfdaşları ilə Rusiyadakı hadisələri müzakirə edəcəklərini açıqlayıb.
Qeyd edək ki, ABŞ "Vaqner” muzdlu qüvvələrinin terror təşkilatları siyahısına salınmasını dəstəkləyib.
Şəbnəm