ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etdi

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etdi
DÜNYA
22:05 20.04.2022
454
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, yeni paket ABŞ Maliyyə Nazirliyi tərəfindən açıqlanıb.

Sənədə əsasən, Rusiya Federasiyasının 29 fiziki və 40 hüquqi şəxsi ABŞ Maliyyə Nazirliyinin yeni məhdudiyyətləri altına düşüb.

Digərləri ilə yanaşı, yeni məhdudiyyətlər Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Kseniya Yudayeva, eləcə də "Otkritie" bankın idarə heyətinin sədri Mixail Zadornovu əhatə edib.
OXŞAR XƏBƏRLƏR