“ABŞ Rusiyaya silah idxalı olan bütün çıxışları bağlayıb”

“ABŞ Rusiyaya silah idxalı olan bütün çıxışları bağlayıb”
DÜNYA
18:49 09.09.2022
339
ABŞ sistemli şəkildə Rusiya Federasiyasının silah idxalına çıxışını bağlayır və təzyiq siyasətini davam etdirəcək.
 
AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

"İndi Moskva hərbi dəstək üçün artıq Şimali Koreya və İrana müraciət edir. Çünki biz sistematik olaraq onların idxala çıxışına təzyiqi davam etdirəcəyik", - deyə Vladimir Zelenskinin "Telegram" kanalında Blinkenin sözlərindənsitat gətirib.

Bu bəyanat siyasətçilərin görüşündən sonra verilib.

Qeyd olunub ki, ABŞ bu siyasəti Ukraynaya qarşı təcavüz dayanana qədər davam etdirmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR