ABŞ səfirliyi: Azərbaycan hökumətinin addımlarını alqışlayırıq

SİYASƏT
12:09 23.10.2014
2408
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Azərbaycan hökumətinin dörd vətəndaş cəmiyyətinin fəalının azadlığa buraxılmasına dair 17 oktyabr tarixli və İnsan Haqları üzrə Birgə İş Qrupunun fəaliyyətinin bərpasına dair 22 oktyabr tarixli qərarlarını alqışlayır.Bu barədə səfirlikdən daxil olan məlumatda bildirilir.

“Ümid edirik ki, bu kimi ruhlandırıcı addımlar yerli və beynəlxalq QHT-in üzləşdiyi məhdudiyyətlərin aradan qaldırılması da daxil olmaqla, əlavə müsbət inkişafa təkan verəcək. Biz Azərbaycanın daha sabit, təhlükəsiz və tərəqqiyə yönəlmiş dövlət olmaq arzusunu paylaşırıq. Əminik ki, bu kimi məqsədin əldə olunmasının ən yaxşı yolu Azərbaycan vətəndaşlarının – Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə qeyd olunduğu kimi – bütün əsas hüquqlardan yararlanmaq təminatıdır”, - deyə məlumatda qeyd olunur.//APA

OXŞAR XƏBƏRLƏR