AZXEBER.COM xəbər verir ki, bu barədə səfirliyin paylaşımda bildirilib:
"ABŞ İran rejiminin 5 mart tarixində Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi, Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbini hədəf alan səbəbsiz pilotsuz uçuş aparatı hücumunu qətiyyətlə pisləyir.
Bu hücum nəticəsində günahsız mülki şəxslər xəsarət almış, mühüm mülki infrastruktura ziyan dəymişdir. Bu zərbələr Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması olmaqla yanaşı, İranın təcavüzkar davranışının əsassız şəkildə eskalasiyasıdır. Amerika Birləşmiş Ştatları bu təhdidlər qarşısında Azərbaycanla tam həmrəylik nümayiş etdirir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə qarşı hücumlar qəbuledilməzdir və belə hallara ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə cavab veriləcək"

/oxu.az








































