ABŞ Senatında rəsmi dres-kod bərpa edildi

ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
DÜNYA
18:16 29.09.2023
273

ABŞ Konqresinin Senatı Konqresin yuxarı palatasında qanunvericilər üçün formal dres-kodu ləğv etdikdən bir həftə sonra kişi senatorların iclas zalında iş paltarı geyinməsini tələb edən qətnamə qəbul edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "The Washington Post” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, kişi senatorların xarici görünüşü üçün vahid tələbləri nəzərdə tutan qətnamə yekdilliklə qəbul edilib. İndi qanunvericilərdən zalda pencək, qalstuk və uzun şalvar geyinmələri tələb olunur. Qətnamədə qadın senatorların necə paltar geyinmələrinə dair məlumat verilməyib.

Gülay

OXŞAR XƏBƏRLƏR