Amerika senatoru Con Makkeyn Senatın Xarici İşlər Komitəsinin iclası zamanı arzuolunmaz vəziyyətə düşüb.
AZXEBER.COM-un məlumatına görə, komitədə Suriyaya hücum müzakirə edilərkən Makkeyn mobil telefonunda “poker” oyunu oynayıb.
“Washington Post” qəzeti senatorun bu fotosunu yayımlayıb. Con Makkeynin reaksiyası isə daha maraqlı olub. O, “Twitter” səhifəsində “Skandal! “iPhone” ilə oyun oynayarkən görüntülənmişəm. Ən pisi odur ki, oyunda məğlub oldum” sözlərini yazıb.
![](/file/pic/xeber/2013-09-04/86714.jpg)