ABŞ sentyabrın 30-na qədər USAID-in bütün xarici nümayəndəliklərini ləğv edəcək

ABŞ sentyabrın 30-na qədər USAID-in bütün xarici nümayəndəliklərini ləğv edəcək
DÜNYA
18:14 11.06.2025
359
ABŞ hökuməti sentyabrın 30-na qədər Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xarici nümayəndəliklərini ləğv etmək və onun proqramları üzərində nəzarəti birbaşa Dövlət Departamentinə ötürmək niyyətindədir.

Bu barədə "Guardian” nəşri daxili sənədə istinadən yazır.

"Dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq ştatının ləğv edilməsi və xarici yardım proqramları üzərində nəzarətin birbaşa Dövlət Departamentinə ötürülməsi barədə göstəriş verib", - məlumatda bildirilib.

Bu prosesin bütün dünyada USAID-in yüzlərlə əməkdaşına, o cümlədən 100-dən çox ölkədə diplomatik xidmət əməkdaşlarına, podratçılara və yerli işçi heyətə təsir edəcəyi gözlənilir.
 
///report
OXŞAR XƏBƏRLƏR