ABŞ administrasiyası husilərin hücumlarının davam etməsi fonunda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinin bir qrup əməkdaşına və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib.
AFP agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, qərar oktyabrın 22-də qəbul edilib.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyndəki ABŞ səfirliklərinin əməkdaşlarının ailə üzvlərinə də analoji göstəriş verilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott qərarı təsdiqləyib.
///apa.az///











































