ABŞ Slovakiyaya “Patriot” göndərir

ABŞ Slovakiyaya “Patriot” göndərir
DÜNYA
21:27 08.04.2022
387
ABŞ Slovakiyaya "Patriot” hava hücumundan müdafiə sistemini göndərəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Austin bildirib.

"Mənim göstərişimlə ABŞ ordusunun idarə etdiyi bir "Patriot” hava hücumundan müdafiə sistemi Slovakiyaya yenidən yerləşdirir”, - Ostin bəyanatında bildirib.

O qeyd edib ki, kompleksin və ona xidmət edən komandanın gəlişi yaxın günlərdə gözlənilir:

"Onların qalma müddəti hələ müəyyən edilməyib, biz hava hücumundan müdafiə sahəsində Slovakiya hökuməti ilə məsləhətləşmələri davam etdiririk”, - o əlavə edib.
OXŞAR XƏBƏRLƏR