ABŞ Somalidə İŞİD mövqelərinə zərbə endirib

ABŞ Somalidə İŞİD mövqelərinə zərbə endirib
DÜNYA
09:45 30.03.2025
169
ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) Somalidə İŞİD terror qruplaşmasının mövqelərinə zərbə endirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, əməliyyat martın 29-da Somali hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirilib.
 
Hədəf Bosasodan cənub-şərqdə, Puntland bölgəsində yerləşən İŞİD mövqeləri olub.
 
Qeyd edək ki, martın 28-də Somali Prezidenti Hasan Şeyx Mohamudun amerikalı həmkarı Donald Trampa məktub göndərdiyi məlum olub. Məktubda faktiki Somali hökumətinin nəzarətində olmayan Berbera limanı və aviabazası, eləcə də Puntlenddəki Bosaso limanı və aviabazasının ABŞ-ın nəzarətinə verilməsi təklif edilib.




OXŞAR XƏBƏRLƏR