ABŞ Somalidə terror təşkilatının yüksək rütbəli liderini öldürdü

DÜNYA
15:13 08.01.2025
104
ABŞ-nin Somaliyə endirdiyi hava zərbəsi nəticəsində Əl-Şəbabın yüksək səviyyəli liderlərindən biri öldürülüb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bunu ABŞ Afrika Komandanlığı (AFRICOM) təsdiqləyib.

Əməliyyatda öldürülən terrorçudan başqa təşkilatın daha 10 üzvü zərərsizləşdirilib.

Məlumata görə, əməliyyat Somalinin Cubaland bölgəsində, Kismayodan 35 kilometr şimal-qərbdə yerləşən Beer Xaani kəndində həyata keçirilib.
 
Bildirilib ki, "Əl-Qaidə” ilə əlaqəsi olan "Əş-Şəbab” hava hücumu nəticəsində xeyli itki verib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR