Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
"ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə, Tramp bildirib.
Tramp Çini də hədələyib: Çinin nəzarətindəki ÜST ilə əlaqəmiz bitmişdir. Ora verəcəyimiz pulu ehtiyacı olan ölkələrə verəcəyik. Çin pandemiyanın yayılmasından məsuliyyət daşıyır, ona da güclü cavabımız olacaq