ABŞ Suriyadakı hərbi bazalarını gücləndirir

ABŞ Suriyadakı hərbi bazalarını gücləndirir
DÜNYA
19:43 24.10.2023
213
ABŞ Suriyanın şərqindəki hərbi bazalarını gücləndirir.

Məlumatı xarici KİV yayıb.

Bildirilib ki, ABŞ ordusu Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyaləti yaxınlığındakı Koniko neft yatağında yerləşən Əl-Ömər bazasına daha çox silah və hərbi texnika gətirib. Məlumata əsasən, ikinci gündür İraqdan Əl-Ömər və Koniko bazalarına doğru silah və hərbi texnika, o cümlədən tanklar hərəkət edir.

Bundan başqa, ABŞ hərbçiləri ərazidə üç gündür hərbi təlimlər keçirir.

Bir müddət əvvəl "Associated Press” bildirmişdi ki, iranyönümlü silahlı qrupların daxil olduğu "İraqın İslami Müqaviməti Hərəkatı” PUA-ları ilə Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağı yaxınlığında və Həsəkə əyalətində ABŞ hərbi bazasına hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.

ABŞ ordusunun Suriyada 24 hərbi bazası və 4 nöqtəsi var. Onun Suriyadakı bazaları dəfələrlə PUA və raket hücumuna məruz qalıb.
 
///report
OXŞAR XƏBƏRLƏR