Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"ABŞ Dövlət Departamenti bu gün Suriyanı terrora dəstək verən dövlətlər siyahısından çıxarıb. Bugünkü addımlar siyasi və iqtisadi sabitliyə töhfə vermək məqsədilə Suriyaya əlavə investisiyaların cəlb edilməsinə kömək edəcək”, - bəyanatda qeyd olunub.
Diplomat vurğulamışdı ki, Yaxın Şərq ölkəsinə qarşı sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiyalara çıxış imkanı yaradacaq, Suriyaya bərpa olunmaq üçün şans verəcək və onun xalqının tarixində yeni bir səhifə açacaq.











































