"Əgər Amerika ordusu Suriyaya hərbi müdaxilə edərsə, Rusiya İrana daha çox silahı satacaq və Əfqanıstanda ABŞ-la əməkdaşlıq məsələsini yenidən nəzərdən keçirəcək".AZXEBER.COM-un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, bu iddia ilə Rusiya Duması Beynəlxalq Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov çıxış edib.Onun sözlərinə görə, Rusiyanın Suriyaya olan kimyəvi silahların beynəlxalq araşdırmaya təhvil verməsi ilə əlaqədar təklifi qəbul olunarsa, Suriyada problemlər öz siyasi həllini tapacaq.ABŞ-ın Suriyaya hərbi bir müdaxiləsinin regionda fəlakətlərə səbəb olacağını deyən Puşkov, bölgədə böyük oyunların oynanıldığını, İran və Livanın da müharibəyə cəlb olunacağını, İraqda məzhəblərarası müharibənin yenidən başlayacağını qeyd edib."ABŞ-ın Yaxın Şərqdə olan bütün hərbi və siyasi strukturları təhlükə altında qalacaq. Bundan başqa, bölgədə təzyiqi yüksəltmək üçün bəzi təxribatlar törədiləcək" - deyən komitə sədri iddia edib ki, hələlik təsdiq olunmamış məlumatlara görə, Suriyadakı müxalif qüvvələr İsrailə kimyəvi silahlarla hücum etməyi planlaşdırırlar. Bu arada, "Kommersant" qəzetində gedən xəbərdə, Rusiyanın İrana "Antey-2500" və "S-3002" raket hücumundan müdafiə sistemlərini verməyə hazırlaşdığı bildirilir.Xəbərə görə, sentyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazırlaşan Putin, Buşehrdən sonra İranın ikinci nüvə stansiyasının inşasına başlamaq üçün yaşıl işıq yandıracaq .Kremldən verilən məlumata görə, İran da Rusiyanın "Rosoboronexport" silah ixracatı şirkəti əleyhinə açdığı 4 milyard dollarlıq iddianı geri götürəcək.Qeyd edək ki, Rusiya 2007-ci ildə imzalanan müqavilə çərçivəsində 800 milyon dollar dəyərində 5 ədəd "S- 300" raket hücumundan müdafiə sisteminin İrana satışı ilə bağlı razılaşma imzalamışdı. BMT TŞ-nın İrana müasir silah satışının qadağan edilməsi bağlı sanksiya qərarından sonra həmin dövrdə Rusiyanın prezidenti olmuş Dmitri Medvedev də satışı ləğv etmişdi. Buna görə də Tehran "Rosoboronexport" əleyhinə Cenevrə Arbitraj Məhkəməsində iddia qaldıərmışdı.