ABŞ Türkiyədəki seçkilərə müdaxilə etməyə hazırlaşır?

ABŞ Türkiyədəki seçkilərə müdaxilə etməyə hazırlaşır?
DÜNYA
17:38 10.05.2023
173
ABŞ Türkiyədəki seçkilərə münasibət bildirib.

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel gündəlik brifinqində "Seçkilər Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcək?” sualını cavablandırıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Vedant Patel mayın 14-də Türkiyədə keçiriləcək seçkilərin nəticələrinin ikitərəfli münasibətlərə təsir etməyəcəyini bildirib.

O bildirib: "Türkiyə xalqı tərəfindən hansı hökümətin seçilməsindən asılı olmayaraq, biz birlikdə işləməyə bu əlaqələri dərinləşdirməyə, bir sıra əməkdaşlıq sahələri və ortaq prioritetlər üzərində işləməyə davam edəcəyik".
 
Vedant Patel ABŞ-ın tərəf tutmadığını, yeganə istəyinin demokratik prosesə əsaslanan azad və ədalətli seçki görmək olduğunu söyləyib.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı medianın vasitəsi ilə seçkilərə müdaxilə etməyə çalışdığına görə qınayıb. Nazir bildirib ki, seçkilərlə bağlı ABŞ-ın əsas məqsədi manipulyasiyadan istifadə edərək, öz planını həyata keçirməkdir.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR