ABŞ Türkiyəni 'qara siyahı'ya saldı

DÜNYA
15:08 22.03.2012
1908
ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada 12 ölkənin olduğu siyahıda Türkiyənin də adının olduğu qeyd edilib.İrandan ən çox neft alan ölkələrin siyahısına Çin rəhbərlik edir. İkinci yerdə Hindistan qərarlaşıb. ABŞ-ın açıqladığı siyahıda dördüncü yerin sahibi Cənubi Koreyadır. Türkiyə bu siyahıya salınsa da, siyahıda neçənci pillədə yer aldığı hələ dəqiqləşməyib. Türkiyə ilə bərabər İndoneziya, Malayziya, Pakistan, Filippin, Sinqapur, Cənubi Afrika Respublikası, Şri Lanka və Tayvanın da siyahıdakı yerləri konkretləşməyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, bu ölkələr İrandan neft almağı dayandırmayacaqları təqdirdə ABŞ-ın sanksiyalarına məruz qalacaqlar.

OXŞAR XƏBƏRLƏR