ABŞ Türkiyənin Qəzzaya sülhməramlı göndərməsini tələb edib

ABŞ Türkiyənin Qəzzaya sülhməramlı göndərməsini tələb edib
DÜNYA
23:13 09.01.2026
141
Amerika Birləşmiş Ştatlarının İsraildən tələbləri arasında Türkiyənin Qəzzaya sülhməramlı göndərməsi də yer alır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.

Nazir Türkiyənin bu mövzuda siyasi iradə nümayiş etdirdiyini bildirib.

"Qəzza sülh planının həyata keçirilməsi üçün Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. BMT Təhlükəsizlik Şurasının qərarlarına görə, bəzi məsələlərdə qonşu iki ölkə, Misir və İsrail ilə koordinasiya tələb olunur. Eyni zamanda, ABŞ da Türkiyənin oradakı roluna dair müəyyən anlayışa və tələblərə malikdir”, - Hakan Fidan əlavə edib.
OXŞAR XƏBƏRLƏR