ABŞ “tövsiyə” edir, ancaq gerçəklərin fərqində deyil

ABŞ “tövsiyə” edir, ancaq gerçəklərin fərqində deyil
SİYASƏT
16:36 01.05.2019
4570
Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, ölkəmizi müxtəlif təriqətlərin və məzhəblərin, inancların və cərəyanların ideoloji poliqonuna çevirmək üçün bəzi xarici dövlətlərin çarpışma meydanına çevirməyə çalışıldı. Faktiki olaraq bu gün ölkəmizdə bir çox ölkələrdə qanunla yasaq edilən və din pərdəsi altında ideoloji şəbəkələr yaradılıb. Onların vəzifəsi Azərbaycanda xalqın birliyini sektalar, təriqətlər, məzhəblər və digər adlar altında bölüb müxtəlif ideoloji səngərlərə istiqamətləndirməkdir.

"İnsan haqları” rəzalətinin arxa bağçası

Hər il beynəlxalq insan haqları təşkilatları, xüsusilə də ABŞ-a məxsus fondların dəstəyi ilə fəaliyyət göstərən qurumlar Azərbaycanda dini azadlıqlarla bağlı çoxsaylı hesabatlar hazırlayaraq, ölkəmizdə "vicdan azadlıqlarının pozulması və təqib edilməsi” ilə bağlı bir sıra təbilğatları aparmaqdan belə çəkinmirlər. NDI-yə (National Democratic İnstitute, Milli Demokratiya İnstitutu) bağlı "USCIRF” təşkilatının nəzdindəki "United States on International Religious Freedom” (Birləşmiş Ştatların Dini Azadlıqları) qurumunun son hesabatında Azərbaycanın bir dövlət olaraq strateji maraqlarına qarşı belə bir addımlar atılıb. Qurum hər il "dini azadlıqların müdafiəsi” adı ilə hesabataları beynəlxalq birliyə təqdim edir. Təkcə 2018-2019-cu illərdə Azərbaycanı Yaxın Şərq ölkələrindəki diktatura rejimlərinin cərgəsinə qoymaqla hazırlanan hesabatların nə qədər qərəzli olduğu özünü isbat edir. Bu qədər qərəzli şəkildə irəli sürülən iddialarda qeyd olunur ki: "Azərbaycan 2018-ci ildə din azadlığı məsələsinin müzakirəsinə doğru pozitiv maraq göstərsə də, ümumilikdə bu sahədə ölkədə ciddi dəyişiklik baş verməyib” (mənbə: www.uscrif.gov/sites/default/files/2019USCIRFAnnualReport.pdf).

Halbuki Azərbaycan hökuməti 2009-cu ildə "Din Azadlığı” qanunu və inzibati cinayət məcəlləsinə edilmiş düzəlişlər vasitəsilə ölkədəki dini məsələlərdə hüquqi baxımdan fəaliyyətləri nəzarətə alıb. Hökumət hətta qeyri- islam dörd təşkilatı qeydiyyata alıb. Bütün bu uğurlu addımları görməzlikdən gələn USCIRF-nin hesabatlarının nə qədər qərəzli olduğu üzə çıxır. Bu qurumun hesabatında ötən il Gəncədə baş vermiş hadisələr, yerli icra hakimiyyəti başçısının radikal islamçı terrorçu tərəfindən əlindəki silahla ağır şəkilldə yaralanması və dindar radikal qrupların sui-qəsd planlarının üstünün açılmasını və həbs edilməsini "vicdan azadlıqları”nın pozulması kimi qeyd edib.
 
 
 
 
 

O zaman sual olunur ki, ölkənin dövlət məmurlarına qarşı silahlı mübarizəni hədəf seçmiş, Konstitusiyanın dəyişdirilərək "şəriət dövləti” qurulması ideyası ilə hərəkət edənlər, qeyri-qanuni silahlı qruplar yaradanlara qarşı hakimiyyət nə etməlidir? Əgər yolunu azmış bu insanlar qanunun tələblərinə əməl etmirlərsə, onların cinayət əməllərinə görə həbs olunmaları nə vaxtdan "insan haqlarının pozulması” və ya bu tip şəxslərin "vicdan məhbusu” adlandırılması doğru addım sayılır? ABŞ-ın özündə cinsi istismara, zorakılığıa, dini radikalizmə qarşı daha kəskin və radikal qanunlar tətbiq olunur. Bizlər ABŞ-ın bu addımlarını hər zaman təqdir etmişik.

Dünyanı idarə edən ölkənin Gəncədən xəbəri yoxmuş

Cənub qonşumuz İrandakı bəzi dini çevrələr və digər ictimai quruluşlar "İran İslam İnqilabının dünyaya ixracı” adı altında 40 ildir fəaliyyət göstərir. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, bu strukturlar ölkəmizdə "şəbəkələşmə” siyasətini yürütməyə başladılar. Qarabağ uğrunda 1991-1993-cü illərdə gedən müharibə zamanı ölkəmizdəki bəzi qruplar Cənub qonşumuzdakı həmin qurumlarla əməkdaşlıq edərək ermənilərin işğalçı siyasətinə dəstək veriblər. Əgər ABŞ hökumətinə bu barədə sənədlər lazımdırsa, Azərbaycan Respublikasının "Ağır Cinayətlər Məhkəməsi”nin AİP rəhbələri ilə bağlı məhkəmə proseslərinə diqqət yertirsə daha yaxşı olardı. Respublikamızın Baş

Prokurorluğunun apardığı istintaq sənədlərində bu barədə minlərcə sənədlər vardır. AİP sədri mərhum Əlikram Əliyev və onun silahdaşları ilə əlaqədar sənədlərin dili həqiqətləri ortaya qoyur.

Dalğavari şəkildə dini radikalizmin Azərbaycanda zühur etməsi heç kimsəyə sirr deyil. İnanclı vətəndaşlara qarşı hakimiyyət tərəfindən bu günə kimi təqiblər və təzyiqlər belə olmayıb. Görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyev və prezident İlham Əliyevin özü belə, bir inanclı insan kimi müsəlmanlar üçün müqəddəs sayılan Məkkəni bir neçə dəfə ziyarət ediblər. Bu mühüm faktlar göstərir ki, ölkəmizdə dövlət başçılarının özləri də islam və digər dinlərə münasibətdə hər zaman ən yüksək səviyyədə gərəkən addımları atıblar. "Meşə Qardaşları”, "Ceyşullah”, "Hezbollah”, "Azərbaycan Müsəlman Hərəkatı”, "Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”, "Hizbu Təhrir”, "İŞID”, "Nurçuluq” və digər radikal dini cərəyanlara qarşı Azərbaycan dövləti hər zaman barışmaz mövqedə durub. Bu gün həbsdə olan dindarlar prokurorluq və məhkəmə orqanları tərəfindən aparılan ədalətli istintaqın araşdırmalar nəticəsində tutulublar. Onlar özlərini "təmiz”ə çıxarmaq üçün müxtəlif fitnələr uydurmaqla, provokativ addımlar atmaqla yerli və beynəlxalq insan haqları təşkilatlarını aldadırlar. Bütün bunlara diqqət yetirməyən USCIRF təşkilatının hesabatları da tamamilə yalnışdır. Ən böyük yalanı uyduranlar isə ölkəmizdəki bəzi müxalif yönlü qurumların xaricdən "bahalı qrant” layihələrini almaq üçün atdıqları addımlardır. Elə Gəncə olayları ilə bağlı son günlərdə gündəmə gələn hay-küylər də buna xidmət edir. Çünki həbs edilmiş "radikal dini qruplar”ın üzvlərini qışdırdan və onların yaxınlarını etiraz aksiyalarına səfərbər edən də onları bu yola sürükləyən xarici güclərdir.

Coni Murun həqiqətləri

ABŞ-da bir çox prezidentliyə namizədlərin dini məsələlər üzrə müşaviri olmuş Cini Murun(Johnnie Moore) rəyini öyrənən USCIRF ı əməlli başlı fakt qarşısında qalıb. Belə ki, bu nüfuzlu mütəxəssis Azərbaycanla bağlı dini məsələlərə görə əsil həqiqətləri söyləyibdir. Onun gündəmə gətirdiyi gerçəklər əslində Azərbaycan iqtidarının tamamilə doğru yolda olduğunu bir daha sübut edir. C. Mur USCIRF təşkilatına verdiyi açıqlamada bunları bildirib: "Azərbaycanda əhali geniş şəkildə dini dözümlülük nümayiş etdirir. Bu, sünnü və şiə dindarların, katolik və rus pravoslav xristianların birlikdə ibadət etdiyi, yerli yəhudi icmasının bütün azadlıqlara və tam təhlükəsizliyə malik olduqları, demək olar ki, başdan başa müsəlman bir ölkədir”. Onu da qeyd edək ki, Johnnie Moore bir din xadimi kimi, Azərbaycan və Ermənistan münasibətlərində hər iki ölkənin liderlərini uşaqların gələcəyi sülhü davam etdirməyə, "qılıncları kotana çevirməyə” çağırıbdır.

Ənvər Yusifoğlu
OXŞAR XƏBƏRLƏR