ABŞ-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək

ABŞ-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək
DÜNYA
21:49 16.01.2026
827
Ukrayna nümayəndə heyəti Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirmək üçün ABŞ-yə yola düşüb.

Bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə Ukrayna Prezidenti Aparatının rəhbəri Kiril Budanov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamiya daxildir.

Bildirilib ki, Ukrayna nümayəndə heyəti yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparmaq niyyətindədir.
OXŞAR XƏBƏRLƏR