ABŞ Ukrayna ilə razılığa gəlib: Saziş imzalanacaq

ABŞ Ukrayna ilə razılığa gəlib: Saziş imzalanacaq
DÜNYA
22:22 24.03.2025
462
ABŞ və Ukrayna nadir metallar üzrə saziş haqqında razılığa gəliblər və tezliklə sənəd imzalanacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər ərazi məsələlərini müzakirə edirlər. Dövlət başçısı detalları açıqlamayıb.

Tramp əlavə edib ki, Ər-Riyaddakı danışıqlarda ABŞ-nin Ukraynadakı atom elektrik stansiyalarına nəzarəti, o cümlədən mümkün demarkasiya xətləri müzakirə olunur.
 
//Oxu.Az
OXŞAR XƏBƏRLƏR