ABŞ-Ukrayna-Rusiya görüşü keçiriləcək - Məkan açıqlandı

ABŞ-Ukrayna-Rusiya görüşü keçiriləcək - Məkan açıqlandı
DÜNYA
19:50 25.09.2026
99
Vaşinqton Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə texniki səviyyədə üçtərəfli görüşün keçirilməsini təklif edib.
 
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ tərəfi belə bir görüş üçün mümkün məkan kimi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təklif edib.

"Amerika tərəfi hazırlıq görməyi və texniki səviyyədə üçtərəfli formatda görüşməyi təklif edib. Tarixlə bağlı ABŞ-dan təklif gözləyirik. Görüşün keçiriləcəyi məkana gəlincə, ABŞ Əmirlikləri təklif edib”, - deyə Ukrayna Prezidenti qeyd edib.

V.Zelenski bildirib ki, qarşıdakı üçtərəfli görüş məsələsini ABŞ Prezidenti Donald Trampla müzakirə etmək imkanı olub.

Onun sözlərinə görə, bundan sonra Ukrayna Prezidenti planlar barədə Avropadakı müttəfiqlərinə, ABŞ Prezidenti isə Rusiya tərəfinə məlumat verəcək
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR