ABŞ Ukrayna və Rusiyaya "sülh ilə bağlı dəqiq təkliflər" verib

ABŞ Ukrayna və Rusiyaya "sülh ilə bağlı dəqiq təkliflər" verib
DÜNYA
19:39 23.04.2025
272
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynada münaqişənin hazırkı qoşunların təmas xətti boyunca dondurulmasına çağırıb.

C.Vens ABŞ-nin Rusiya və Ukraynaya sülh sazişi ilə bağlı "dəqiq təkliflər" verdiyini bildirib.

"Fikrimcə, son addımlardan birinə keçməyin vaxtı çatıb - döyüşlərin dayandırıldığı, mövcud cəbhə xətlərinin dondurulmasının bəyan edildiyi mərhələyə keçmək lazımdır", - o bildirib.

Vitse-prezident həmçinin vurğulayıb ki, sülhə nail olmaq üçün Ukrayna və Rusiya hazırda nəzarət etdikləri ərazilərin bir hissəsindən imtina edə bilərlər.
OXŞAR XƏBƏRLƏR