ABŞ Ukraynaya 300 milyon dollar yardım edəcək

ABŞ Ukraynaya 300 milyon dollar yardım edəcək
DÜNYA
09:40 02.04.2022
277
Amerika Birləşmiş Ştatları Ukraynaya 300 milyon dollar əlavə hərbi yardım edir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədəPentaqonun sözçüsü Con Kirbi bildirib.

"Birləşmiş Ştatların Müdafiə Nazirliyi Ukraynanın müdafiə qabiliyyətini dəstəkləmək üçün 300 milyon dollara qədər təhlükəsizlik yardımı göstərəcək", - deyə Kirbi bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə söhbətində ona Rusiya-Ukrayna danışıqlarının vəziyyəti barədə məlumat verib.
OXŞAR XƏBƏRLƏR