ABŞ Ukraynaya hərbi yardımı kəsir

ABŞ Ukraynaya hərbi yardımı kəsir
DÜNYA
23:18 10.06.2025
754
2026-cı ildə Vaşinqton Kiyev üçün silah alışı üçün büdcəni azaltmaq niyyətindədir.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Nümayəndələr Palatasında bildirib.

O, konqresmenlərin Ukraynaya gələcək silah tədarükü ilə bağlı suallarını cavablandırarkən deyib: "Bunun üçün büdcədə azalma var”.

Heqsetin fikrincə, indiki administrasiya bu müharibəyə tamam başqa cür baxır.

"Biz hesab edirik ki, danışıqlar yolu ilə sülh sazişi hər iki tərəfin və ölkəmizin maraqlarına uyğun ən yaxşı həll yoludur, xüsusən də dünyada ziddiyyətli tendensiyalar nəzərə alınmaqla", - Pentaqon rəhbəri vurğulayıb.

2022-ci ilin fevralından ABŞ Ukraynaya 66 milyard dollardan çox hərbi yardım edib.
OXŞAR XƏBƏRLƏR