ABŞ Ukraynaya yeni yardım paketi hazırladı

ABŞ Ukraynaya yeni yardım paketi hazırladı
DÜNYA
11:46 11.11.2022
177

ABŞ Ukraynaya yeni yardım paketi hazırlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ABŞ prezidenti Co Baydenin Şimali Afrika və Asiya turundan əvvəl Ağ Evdə jurnalistlərə açıqlama verib.

Ceyk Sullivan ABŞ-ın Ukraynaya "kritik hava hücumundan müdafiə vasitələrini” ehtiva edən yeni müdafiə yardımı paketi verəcəyini bildirib.

Sullivan yardımın miqdarı barədə məlumat verməsə də, paketə "HAWK” hava hücumundan müdafiə sistemləri və ABŞ-ın "Avenger” hava hücumundan müdafiə sistemi üçün raketlərin daxil olacağını bildirib.

Sullivan ABŞ-ın Ukraynaya lazım olan hər cür yardımı davam etdirəcəyini qeyd edib.

Ayşən

OXŞAR XƏBƏRLƏR