ABŞ uzaqmənzilli raketlərə qarşı “Qızıl Qübbə” müdafiə sistemini hazırlayır

ABŞ uzaqmənzilli raketlərə qarşı “Qızıl Qübbə” müdafiə sistemini hazırlayır
DÜNYA
22:47 22.03.2025
449
ABŞ ordusu ölkəni uzaqmənzilli raket zərbələrindən qorumaq məqsədilə "Qızıl Qübbə” müdafiə sisteminin hazırlanması üzərində çalışır.

Ağ Ev bu layihəni Pentaqonun əsas prioritetlərindən biri kimi qiymətləndirir.

ABŞ Prezidenti Donald Tramp bu məqsəd üçün hər hansı maliyyə məhdudiyyəti tətbiq etməyəcək.

Mənbələrin bildirdiyinə görə, Pentaqonun büdcəni azaltmaq istiqamətində addımlar atdığı bir dövrdə administrasiya hərbi rəhbərliyə "Qızıl Qübbə” layihəsinin maliyyələşdirilməsinin 2026-2030-cu illər üçün yeni büdcə proqnozlarına daxil edilməsini tapşırıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR