ABŞ və Böyük Britaniya Yəməndə husilərin 8 hədəfini vurdu

ABŞ və Böyük Britaniya Yəməndə husilərin 8 hədəfini vurdu
DÜNYA
13:57 23.01.2024
269
ABŞ və Böyük Britaniya Müdafiə Nazirlikləri ötən gecə Yəməndə husilərin 8 hədəfini vurduqlarını açıqlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyi 4 Typhoon FGR4 döyüş təyyarəsi və 2 Voyager yanacaq təyyarəsinin əməliyyata qatıldığını bildirib.

ABŞ Mərkəzi Komandanlığı hədəflərin raket sistemləri, raket buraxılış sistemləri, hava hücumundan müdafiə sistemləri, radarlar və dərin basdırılmış sursat anbarları olduğunu qeyd edib.

ABŞ Mərkəzi Komandanlığı açıqlamasında bildirib:

"Bu hücumların məqsədi husilərin Qırmızı dəniz, Bab Əl Məndeb boğazı və Ədən körfəzində ABŞ və Böyük Britaniya gəmilərinə, eləcə də beynəlxalq ticarət gəmilərinə qarşı ehtiyatsız və qanunsuz hücumlarını davam etdirmək imkanlarını zəiflətməkdir”.

Nəzrin
OXŞAR XƏBƏRLƏR