ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb

DÜNYA
08:18 26.10.2026
136
ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələri Koreya yarımadasının cənubunda genişmiqyaslı birgə hərbi təlimlərə başlayıb.

Bu barədə "Yonhap” agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

"Freedom Flag” (Azadlıq bayrağı) adlı təlimlər oktyabrın 26-dan noyabrın 6-dək Kunsan aviabazasında keçiriləcək.

Təlimlərə Cənubi Koreya tərəfindən F-15K, KF-16 və F-35A qırıcıları, KC-330 hərbi təyyarəsi və E-737 erkən xəbərdarlıq təyyarəsi cəlb olunub.

ABŞ isə F-16 və F-35B qırıcıları, RC-135 kəşfiyyat təyyarəsi, MH-60S helikopterləri və MQ-9 "Reaper” pilotsuz uçuş aparatları ilə iştirak edir.

Bildirilib ki, təlimlərin əsas məqsədi iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və birgə əməliyyat imkanlarını təkmilləşdirməkdir.

Hərbçilər hava hücumundan müdafiə, düşmən aviasiyasının qarşısının alınması və digər taktiki əməliyyatlar üzrə tapşırıqlar yerinə yetirəcəklər.

Qeyd edək ki, "Freedom Flag” təlimləri ildə iki dəfə keçirilir.

Cənubi Koreya Silahlı Qüvvələri oktyabrın 19-dan 30-dək ölkə ərazisində "Hoguk” adlı genişmiqyaslı hərbi təlimlər də həyata keçirir.
 
////teleqraf///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
09:00 26.10.2026
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
ABŞ-də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb
08:50 26.10.2026
ABŞ-də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
08:40 26.10.2026
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
08:30 26.10.2026
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Rusiyada yük qatarının 20 vaqonu relsdən çıxıb, yanğın baş verib
08:23 26.10.2026
Rusiyada yük qatarının 20 vaqonu relsdən çıxıb, yanğın baş verib
ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb
08:18 26.10.2026
ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
08:12 26.10.2026
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Donald Tramp israilliləri seçkilərdə Netanyahunu dəstəkləməyə çağırıb
08:06 26.10.2026
Donald Tramp israilliləri seçkilərdə Netanyahunu dəstəkləməyə çağırıb
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
08:02 26.10.2026
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Lula da Silva yenidən Braziliya Prezidenti seçilib
07:57 26.10.2026
Lula da Silva yenidən Braziliya Prezidenti seçilib
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
07:50 26.10.2026
WSJ: ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür
Zelenski Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin bu tarixdə görüşəcəyini təsdiqlədi
07:08 26.10.2026
Zelenski Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin bu tarixdə görüşəcəyini təsdiqlədi
Braziliyada prezident seçkilərində səslərin hesablanması bərpa edilib
06:56 26.10.2026
Braziliyada prezident seçkilərində səslərin hesablanması bərpa edilib
Bolqarıstanda prezident seçkiləri ikinci tura qalır
06:40 26.10.2026
Bolqarıstanda prezident seçkiləri ikinci tura qalır
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
06:28 26.10.2026
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Zelenski sülh danışıqlarında müzakirə ediləcək məsələləri açıqladı
06:12 26.10.2026