ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayıb

DÜNYA
18:59 19.08.2024
130
ABŞ və Cənubi Koreya 19 min hərbçinin iştirakı ilə 10 günlük birgə hərbi təlimlərə başlayıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, avqustun 29-dək davam edəcək və Şimali Koreyanın nüvə təhlükəsinə qarşı müdafiə elementlərinin effektivliyini yoxlamaq məqsədi daşıyacaq manevrlərdə təhlükəyə qarşı effektiv reaksiya verilməsi istiqamətində tapşırıqlar yerinə yetiriləcək.

Bu arada, Cənubi Koreya prezidenti Şimali Koreyanı dünyanın ən qeyri-rasional ölkəsi adlandırıb. O həmçinin bildirib ki, dəyişən geosiyasi vəziyyət fonunda III Dünya müharibəsinin başlanması məsələsi aktualdır.
 
///Apa
OXŞAR XƏBƏRLƏR