ABŞ və Ermənistan nə etmək istəyir? - “Ukraynada bacarmadıq, Qafqazda bacaraq”

SİYASƏT
00:00 16.01.2025
403
Prezident İlham Əliyevin yanvar 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı diqqətçəkən zəruri məqamlardan biri də ölkəmizin qlobal mənada tam üstünlük əldə etməsi və regionun lider dövləti kimi, beynəlxalq münasibətlər sisteminə verdiyi töhfələr və situasiya ilə bağlı idi.

Prezident bundan öncəki müsahibə və çıxışlarında olduğu kimi, yenidən rəsmi İrəvana xəbərdarlıq və çağırışlar edərək, onları Cənubi Qafqaz regionunda sülhün əldə edilməsinə real töhfələr verməyə dəvət etdi.

Dünya miqyasında cərəyan edən hadisələr bir daha təsdiq edir ki, ardıcıl, praqmat, rasional və məntiqli yanaşmaları ilə dünya birliyinin diqqəti və rəğbətini özünə çəkməyi bacaran Azərbaycan Prezidenti bu dəfə də yanılmayıb.

Görünən odur ki, Paşinyan rejiminin hamisi rolunda çıxış edən Bayden adminstrasiyası biabırçı şəkildə hakimiyyəti təhvil verməyə çalışır. Trampa məğlub olacağını anlayan, qoca və sərsəm CO-ya "baybay" deyən və bütün ümidlərini qara Harrisə bağlayaraq, nəhayətində yanvarın 20-də əbədiyyətə qovuşacaq "ən oyunbaz demokratlar" aqoniya vəziyyətində də Azərbaycana təzyiqləri dayandırmağı düşünmürlər. Əgər belə olmasaydı, son günlərində Ermənistanla strateji tərəfdaşlığa dair sənəd imzalamazdılar.

O da məlumdur ki, Tramp adminstrasiya bəşəriyyət əleyhinə qırğınlara imza atmış sələfi və xələfi olan Baydenin yürütdüyü uğursuz xarici siyasətdən qəti imtina edəcək. "Ukraynanı bacarmadıq, Qafqazda bacaraq" yanaşmasından çıxış edən "yeddigünlük" adminstrasiyanın bununla gələcəyə iz buraxmaq niyyəti də göz qabağındadır. Hansı ki, müqavilədə Ermənistan sərhədinə daha artıq qüvvənin cəlbini nəzərdə tuturlar. Hətta əvvəlki ssenarinin daha da genişləndirilməsi,"missiyanın" təkcə mülki deyil də,  hərbi dəstək imkanları da müqavilədə əksini tapır.

Hadisələrin gedişatı və xronoloji ardıcıllıq əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın milli mənafe və maraqlara söykənmış daxili-xarici siyasət kursu ölkəmizin inkişafınının əsas qarantıdır və Paşinyan rejimi ən yaxın tarixi hadisələrdən dərs almayaraq, yenidən özünü fəlakətlərə sürükləyir.

Azər Niftiyev,
Siyasi şərhçi

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb