ABŞ və Çin ticarət razılaşmasına nail oldu

ABŞ və Çin ticarət razılaşmasına nail oldu
DÜNYA
17:42 11.06.2025
357
ABŞ və Çin demək olar ki, ticarət razılaşmasına nail olub.
 
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social” hesabında yazıb.

O bildirib ki, ABŞ və Çin iki dövlətin liderləri tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər.

"Bizim Çinlə razılaşmamız demək olar hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir”, - Ağ Ev lideri vurğulayıb.

Onun sözlərinə görə, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək:

"Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik".

Tramp bildirib ki, ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək.
OXŞAR XƏBƏRLƏR