ABŞ və İran arasında danışıqların ikinci raundunun tarixi AÇIQLANDI

ABŞ və İran arasında danışıqların ikinci raundunun tarixi AÇIQLANDI
DÜNYA
22:26 17.04.2025
1031
İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarının həllinə həsr olunmuş ikinci danışıqlar raundu 19 aprel tarixində Romada baş tutacaq.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu şənbə günü Romada İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları nümayəndələri arasında danışıqların ikinci raundu keçiriləcək. Danışıqların məqsədi ədalətli və davamlı sazişə doğru irəliləyiş əldə etməkdir”, – deyə nazirliyin bəyanatında qeyd olunub.
OXŞAR XƏBƏRLƏR