"ABŞ və İsrail hədəflərinə nail olana qədər müharibə bitməyəcək"

"ABŞ və İsrail hədəflərinə nail olana qədər müharibə bitməyəcək"
DÜNYA
16:11 04.03.2026
606
"İran münaqişənin sərhədlərini genişləndirərək ABŞ və İsraili müəyyən təzyiq altında saxlamağa çalışır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Anar Əliyev deyib.

O bildirib ki, ABŞ və İsrail hədəflərinə nail olana qədər müharibə bitməyəcək:

"ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə qarşıya qoyulan hədəflərə nail olunana qədər bitməyəcək. Amma bu hədəflərə çatmaq üçün qısa müddət ərzində əhəmiyyətli irəliləyiş əldə olunub. Çünki ABŞ münaqişə başlayarkən bir neçə məqsəd müəyyən etmişdi. İranın nüvə və raket proqramlarından, region dövlətlərində İranın formalaşdırdığı və maliyyələşdirdiyi proksi qüvvələrə nəzarətdən imtina əsas məqsədlərdir. Münaqişənin başlanması ilə yeni bir hədəf də müəyyən olunub. Rejimin dəyişdirilməsi hesabına ABŞ-yə loyal münasibət göstərən bir idarəetmənin formalaşdırılması prioritetdir. Digər hədəf isə İranın neft məhsullarının ABŞ nəzarətində dünya bazarına, xüsusilə də Çinə çıxarılmasının təmin edilməsidir. Hesab edirəm ki, bu hədəflərə hələ tam nail olunmayıb. Ona görə də ABŞ və İsrail tərəfindən müharibənin, hücumların dayandırılması hələ real görünmür”.

Politoloq vurğulayıb ki, İranın müqavimət göstərə bilmə imkanları hər gün azalır:

"İranın da ABŞ tərəfindən irəli sürülən şərtlərə müqavimət göstərə bilmə imkanları hər gün azalır. Qeyd etmək lazımdır ki, münaqişənin ilk saatlarından etibarən ABŞ və İsrail qüvvələri İranın hərbi, siyasi və dini rəhbərliyinə ciddi zərbə vurub və idarəetmə sistemini  iflic edib. Siyasi və dini idarəetmə sistemləri arasında koordinasiya pozulub.Bu gün İran üçlü sistem əsasında idarə olunmağa çalışır, lakin bu kifayət qədər effektiv deyil. İran prezidenti Məsud Pezeşkian yerli özünüidarə orqanlarına müstəqil qərar vermək səlahiyyəti vermək məcburiyyətində qaldı. Bu, İranın idarəetmə sistemində ciddi xaos və idarəsizliyi göstərir. ABŞ və İsrailin təzyiqləri qarşısında uzunmüddətli müqavimət göstərmək ehtimalı azdır”.

O söyləyib ki, İranın maraqlarına uyğun danışıqların baş tutması mümkün görünmür:

"Mövcud rejim hələ də ABŞ ilə danışıqlara getmək istəmir. Çünki bu, İranın tam məğlubiyyətini qəbul etməsi kimi qiymətləndirilər  və xalq arasında rejimə inamsızlığı artıra bilər. Nəticədə daxildən silahlı müqavimət formalaşmağa başlayar. Bu səbəbdən İran hazırda ABŞ hərbi bazalarının yerləşməsini bəhanə edərək, müxtəlif ərazilər balistik raketlər və dronlar göndərməyə çalışır. Bununla da münaqişənin sərhədlərini genişləndirərək ABŞ və İsraili müəyyən təzyiq altında saxlamağa çalışır. ABŞ-İsrail isə bunu yaxşı başa düşür və İranın bu addımlarını daha çox pərakəndə davranış kimi qiymətləndirir. Belə bir vəziyyətdə İranın maraqlarına uyğun danışıqların baş tutması hələ mümkün görünmür”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
Gəncədə davada öldürülən iki uşaq atasının - FOTOSU
13:49 06.08.2026
Gəncədə davada öldürülən iki uşaq atasının - FOTOSU