ABŞ və İsrail İranda kosmik sənaye obyektinə zərbə endirib
DÜNYA
23:10 31.03.2026
77
ABŞ və İsrail İranın şimal-qərbində yerləşən kosmik sənaye obyektinə zərbə endirib.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, Salmas rayonunda yerləşən, peyk məlumatlarının əldə olunması və monitorinqi üçün yeni istifadəyə verilmiş tədqiqat stansiyasına hücum baş verib.
Salmas valisi bildirib ki, hücum nəticəsində obyektin bəzi hissələri dağılıb, lakin itki yoxdur.