ABŞ və İsrailə məxsus döyüş təyyarələri İranın paytaxtı Tehranda yerləşən süni intellekt infrastrukturuna zərbə endirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücum ərazisində yerləşən məlumat mərkəzini hədəfə alıb. bildirir ki, insident bazar günü axşam saatlarında baş verib. Vurulan obyekt minlərlə rəqəmsal xidmətin fəaliyyətini təmin etməklə yanaşı, ölkənin süni intellekt platformalarının əsas dayaqlarından biri hesab olunurdu.
Universitetin rektoru yayımladığı video müraciətdə hücumu pisləyərək bildirib ki, təhsil müəssisəsi yalnız elm və mədəniyyətin inkişafına xidmət edir.
Hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.
Qeyd edək ki, administrasiyasının dəstəyi ilə ABŞ və İsrailin fevralın 28-də başlatdığı birgə əməliyyatlardan sonra regionda gərginlik artmaqdadır. Məlumatlara əsasən, bu əməliyyatlar zamanı, o cümlədən də daxil olmaqla 1340-dan çox insan həyatını itirib.
Buna cavab olaraq İran İsrailə, həmçinin ABŞ qüvvələrinin yerləşdiyi İordaniya, İraq və Körfəz ölkələrinə qarşı dron və raket hücumları həyata keçirib. Qarşılıqlı zərbələr regionda infrastrukturun zədələnməsinə, eləcə də qlobal bazarlar və aviasiya sahəsində ciddi pozuntulara səbəb olub.










































