ABŞ və İsrailin zərbələri nəticəsində İranda 220-dən çox qadın və 200-dən artıq azyaşlı həyatını itirib. Bu barədə ISNA agentliyi İranın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, hücumlar nəticəsində azı 223 qadın və 18 yaşadək 202 uşaq, o cümlədən 5 yaşdan kiçik 12 uşaq həlak olub. Eyni zamanda 2 729 qadın və 1 190 azyaşlı yaralanıb. Yaralananlar arasında 2 yaşdan kiçik 41 uşaq da var.