ABŞ və Rusiya Baş Qərargah rəisləri danışdı

ABŞ və Rusiya Baş Qərargah rəisləri danışdı
DÜNYA
16:55 20.05.2022
519
Ukraynadan müharibə başlayandan sonra ABŞ və Rusiya arasında bir ilk yaşanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Baş Qərargah rəisi Mark Milley və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında telefon danışığı olub.
 
Milley və Gerasimov arasında telefon danışığı Rusiyanın Ukraynaya hücumlarından sonra ilk dəfə olaraq qeydə alınıb.
 
Bu barədə ABŞ Baş Qərargah rəisləri komitəsinin sözçüsü polkovnik Dave Butler məlumat verib: "Hərbi liderlər təhlükəsizliklə bağlı bir sıra narahatedici məsələləri müzakirə etdilər və kommunikasiya xətlərini açıq saxlamağa razı oldular".
 
Qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynaya hücumundan sonra ABŞ-ın müdafiə naziri Lioyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında ilk dəfə mayın 13-də telefon danışığı olub.
 
Təxminən bir saat davam edən görüşdə Ostinin Şoyquya Ukraynada "təcili atəşkəs” çağırışı olduğu bildirilib. Ostin və Şoyqu sonuncu dəfə mayın 13-də görüşüb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR