ABŞ prezidenti Barak Obama və Rusiya dövlət başçısı Dmitri Medvedev İrana qarşı birlikdə çalışacaqlarını bəyan ediblər. AZXEBER.com Qərb mətbuatına istinadən xəbər verir ki, Havay adalarının paytaxtı Honoluluda keçirilən APEK sammitində müzakirələr aparan prezidentlər bu qərara gəliblər. Sammitin ardından Barak Obama İrana qarşı birlikdə ortaq mövqe hazırlayacaqlarını bildirib.
Görüşdə prezidentlər Avropada raket əleyhinə müdafiə sistemləri məsələsini,Yaxın Şərq, Suriya və Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.
Medvedevlə görüşdən sonra Obama İrana qarşı birgə əməkdaşlıq sahəsində Çin prezidenti Hu Jintau ilə razılığa gəlib.