ABŞ və Rusiya nazirləri arasında telefon danışığı oldu

ABŞ və Rusiya nazirləri arasında telefon danışığı oldu
DÜNYA
12:32 24.10.2022
238
ABŞ və Rusiya nazirləri arasında telefon danışığı olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Rusiya tərəfinin tələbi ilə nazir Lloyd Austin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında Ukrayna ilə bağlı yeni telefon danışığı apardıqlarını açıqlayıb.

Nazirliyin sözçüsü briqada generalı Pat Ryder tərəfindən edilən yazılı açıqlamada, "Müdafiə naziri Lloyd J. Austin qarşı tərəfin tələbi ilə oktyabrın 23-də Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb", - deyə bildirib.

Qeyd edək ki, Austin və Şoyqu Ukrayna-Rusiya müharibəsi başlayandan sonra ilk dəfə mayın 13-də, sonra isə oktyabrın 21-də iki telefon danışığı edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR