ABŞ və Rusiya WADA-ya borcun həcminə görə liderdir

ABŞ və Rusiya WADA-ya borcun həcminə görə liderdir
DÜNYA
19:56 04.06.2024
162
ABŞ və Rusiya 2024-cü il üçün Ümumdünya Antidopinq Agentliyinə (WADA) borcun həcminə görə liderdir.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Rusiya bu ilin may ayının sonuna kimi olan 1 milyon 335 min 860 dollar borcunu ödəməyib. Cari ilin ən çox borcu isə ABŞ-yə məxsusdur - 3 milyon 624 min 983 dollar.

Rusiyanın ötən il üçün də borcu var. Bu məbləğ 1 milyon 267 min 23 dollara bərabərdir.
 
///report
OXŞAR XƏBƏRLƏR