ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb. ABŞ-nin daxili işlər naziri Duqlas Berqam bunu "Fox News"a müsahibəsində açıqlayıb. "Cümə günü Venesueladan ABŞ-yə sənaye və kommersiya məqsədləri üçün 100 milyon dollar dəyərində qızıl göndərilib", - o deyib. /report